Gəncədə "Əmlak Xidmətləri Məkanı"nın inşası üçün 4 milyon manatlıq sifariş
Gəncə şəhərində də "Əmlak Xidmətləri Məkanı" yaradılacaq.
Marja xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi “Aznof” MMC ilə müqavilə bağlayıb.
Məbləği 3 milyon 999 min 821 manat olan müqavilə “Gəncə şəhəri, Z.Əliyeva pr. 166 ünvanında "Əmlak Xidmətləri Məkanı"nın inşasını” nəzərdə tutur.
Hazırda yeganə "Əmlak Xidmətləri Məkanı" Bakıda Xəlil Rza Ulutürk 20 ünvanında yerləşir (Ulduz metrosundan 700 metr məsafədədir).
Xaçmazda da "Əmlak Xidmətləri Məkanı" tikilir. Belə ki, ilin əvvəlində Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi "Aznof" MMC ilə müqavilə bağlayıb. Məbləği 4 milyon 707 min 900 manat olan həmin müqavilə "Xaçmaz şəhəri, Bakı prospekti ünvanında “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi işlərinin” satın alınmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl