Azərbaycanın alma ixracı 40 milyon dolları keçib
Azərbaycan 2019-cu ildə 40 milyon 86 min dollar dəyərində təzə alma ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
“2019-cu ildə Azərbaycan 40 milyon 86 min dollar dəyərində 96 min 892 ton alma ixrac edib. 2018-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 7,8%, dəyər ifadəsində 16% artıb”, - hökumətdən bildirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il Rusiyaya 36 milyon 768 min dollar dəyərində (artım 6,4%) 88 min 921 ton təzə alma (artım 6.6%) ixrac edilib. Ümumilikdə, 2019-cu ildə Azərbaycandan alma ixracının 91,8%-i Rusiyanın payına düşüb.
2018-ci ildə Azərbaycan 38 milyon 37 min dollar dəyərində 89 min 866 ton alma ixrac etmişdi. İxracın əsas həcmi (34 milyon 548 min dollar dəyərində 82 min 398 ton) Rusiyanın payına düşmüşdü.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl