Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kosmos turizmi üçün rekord müraciət - QİYMƏT AÇIQLANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kosmos turizmi üçün rekord müraciət - QİYMƏT AÇIQLANIB

"Virgin Galactic" şirkəti ilk müvəffəqiyyətli test uçuşundan bu yana təxminən 8 min rezervasiya aldığını açıqlayıb.

 

Böyük Britaniya şirkəti "Virgin Galactic" bu gündən etibarən təkrar kosmos səfəri müraciətlərinə başlayacağını açıqlayıb. 


Marja xəbər verir ki, istəyənlərin internet üzərindən 1000 dollar qarşılığında rezervasiya etdirə biləcəkləri qeyd edilib, iki saata yaxın davam etməsi gözlənilən turistik kosmos uçuşu üçün kresloların 250 min dollardan satışa təqdim ediləcəyi açıqlanıb. 

 

Şirkətin açıqlamasında fikirlərinə yer verilən "Virgin Galactic"in Kommersiya müdiri Stephen Attenborough, tələbin artmasının təşviqedici olduğunu vurğulayıb. Attenborough, 'Kosmos Gəmisi 2' adlı vasitənin uçuş hazırlıqları üçün Yeni Mexikodakı qalxma bazasına daşındığını, 2 vasitənin istehsalının sürətlə davam etdiyini qeyd edib.

 

HƏDƏF 80 KİLOMETR YÜKSƏKLİK

 

Bu ana qədər təxminən 8 min rezervasiya alan və 6 nəfərlik kabinlərdə sərnişinləri kosmosa daşımağa hazırlaşan "Virgin Galactic", 80 kilometr yüksəkliyə çatmağı hədəfləyir. Beynəlxalq Kosmos Stansiyasının (ISS) olduğu yüksəklikdən 2 dəfə uzaq olan bu məsafədən dünyanın böyük bir hissəsinin görülə biləcəyi ifadə edilir.

 

Şirkət 2018-ci ilin dekabr ayında atmosferdə 82 kilometr yüksəkliyə çıxılaraq kosmosa müvəffəqiyyətli bir test uçuşu reallaşdırıldığı açıqlamışdı.

26.02.2020 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ