Koronavirus daşıyıcısı Azərbaycandan Gürcüstana necə keçib? - Detallar
İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi ilə bağlı bəzi detallar məlum olub.
“Sputnik Gürcüstan” xəbər verir ki, həmin şəxs ölkəsinə mikroavtobusla gedib. Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olub və onlar Azərbaycanda karantində saxlanılırlar. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze də bildirib ki, Gürcüstanda koronavirusa yoluxması təsdiqlənmiş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib.
"Həmin şəxs İrandan mikroavtobusla Gürcüstan-Azərbaycan sərhədinə gəlib. Burada sərhədin Gürcüstan tərəfinə keçərkən yoxlama aparılıb və onda yoluxmanın simptomları aşkar edildiyinə görə xəstəxanaya yerləşdirilib. Onunla birlikdə səyahət edən digər şəxsdə isə yoluxma aşkar olunmayıb".
Amiran Qamkrelidzenin sözlərinə görə, məsələ ilə bağlı artıq Azərbaycan tərəfinə məlumat verilib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı pasiyentin qonşu ölkələrdə kimlərlə əlaqədə olmasını araşdırıb, həmin şəxslərdən hansının karantinə və ya xəstəxanaya yerləşdiriləcəyinə qərar verəcək.
© “Qafqazinfo”, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl