Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İstirahət günlərinə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərinə olan hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5,gündüz 5-10 dərəcə isti olacaq.

 

Lənkəran-Astara zonasında havanınəsasən yağmursuz keçəcəyi, lakin martın 1-də gündüz yağıntılı olacağı gözlənilir.

 

Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.

 

Qazax-Gəncə zonasında hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir.

 

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

 

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Bəzi yerlərdə duman olacaq.

 

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

 

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Güclü şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

28.02.2020 14:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ