Fond kirayə mənzillərin sayını artırdı
Məlum olduğu kimi, bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, gün ərzində artıq 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir.
Eyni zamanda, Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib:
"Vətəndaşların nəzərinə çatdırırıq ki, ilkin mərhələdə Fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunurdu. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq Fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir".
Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.
Eyni zamanda, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl