Könüllü avtomobil sığortası 3 dəfə, icbari isə 6,3% artıb
Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6 milyon 925 min manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.
Avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 11,55% artaraq 6 milyon 59 min manata təşkil edib.
Ötən il bu sığortadan toplanmış hər 100 manatı 87,5%-i müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 83,4 manat olub.
KASKO 3 DƏFƏ ARTIB
Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə 7 milyon 41 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Yanvar ayında kasko sığortası üzrə ödənişlər isə 14,2% artaraq 996 min manat olub.
Ötən ay avtonəqliyyat vasitələrinin sığortasından toplanmış hər 100 manat sığorta haqqının 13,15 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 36,1 manat təşkil edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl