Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda süd məhsullarının istehsalı sexi bağlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda süd məhsullarının istehsalı sexi bağlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Malıyev Elçin Yaqub oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.

 

Reklam_3_11

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı qanunsuz fəaliyyət göstərən müəssisədə sanitar-gigiyenik qaydaların tələblərinə, həmçinin istehsal prosesində texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı aşkarlanıb. 

 

Bundan başqa, xammalın fiziki, kimyəvi və təhlükəsizlik göstəriciləri yoxlanılmadan birbaşa istehsala verildiyi müəyyən edilib.

 

Müəssisəyə baxış zamanı xammalın qəbulu, südün termiki emalı və mayalanmanın eyni sahədə aparıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aşkar olunmuş faktlara əsasən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

02.03.2020 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ