SOCAR bu il Belarusa 1 milyon tonadək neft göndərə bilər
SOCAR 2020-ci il ərzində Belarusa 1 mln. tona qədər neft tədarük edə bilər.
"BelTA"nın verdiyi məlumata görə, bu barədə “Belneftexim” konserninin rəhbəri Andrey Rıbakov Belarusun Baş naziri Sergey Rumas və SOCAR prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həcmlər ildən-ilə artacaq. Bu il üçün nəzərdə tutulan neft həcmi isə 1 mln. tonadək təşkil edəcək. Həcmlər hər ay iqtisadi və maddi-texniki komponentlər əsasında müəyyənləşdiriləcək. Lakin bu, (Azərbaycan neftinin Belarusa tədarükü – red.), davamlı olacaq.
Konsern rəhbəri xatırladıb ki, Belarusu SOCAR-la çoxdankı əlaqələri birləşdirir, ölkənin neft emalı zavodları artıq Azərbaycan neftini emal edib: "Həmkarlar bu il və sonrakı illərdə bu əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü təsdiq etdilər, bu – strateji əməkdaşlıqdır. Müəyyən mənada beynəlxalq xarakter daşıyır (əməkdaşlıq), çünki Ukraynanın boru kəməri sistemi də bu prosesə cəlb ediləcək. Mozır Neft Emalı Zavoduna neft tədarükü, onun emalı və neft məhsullarının, o cümlədən Ukrayna və Belarusa tədarükü təmin ediləcək".
Qeyd edək ki, SOCAR bu ilin martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarus üçün bir tanker neft göndərəcək. Razılaşmanın şərtlərinə əsasən, 85 min ton həcmdə neft Odessaya çatdırılacaq. Öncə SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün bir 85 min ton həcmində tanker neftin "Supsa" limanından göndərilməsi barədə razılıq əldə edilmişdi. Ümumilikdə, mart ayında SOCAR Belarus tərəfinə ümumi həcmi 170 min ton iki tanker neft göndərəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl