“Embafinans” 9%-lə vəsait cəlb etməyə hazırlaşır
BOKT “Embafinans” QSC hər birinin nominal dəyəri 1000 manat olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır (ümumi həcm 1 milyon 500 min manat).
Marja xəbər verir ki, istiqrazlar üzrə təklif olunan gəlirlik illik 9 faizdir. İstiqrazlar üzrə ödənilməli olan faizlər hər 1 təqvim ayından bir ödəniləcəkdir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda – ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 təqvim ili sonra həyata keçiriləcək.
Emissiyadan əldə ediləcək vəsait şirkətin gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən şirkətin kredit portfelinin dinamik inkişafında istifadə ediləcəkdir
31.12.2019 tarixinə təşkilatın resurs mənbələri xüsusi kapital (17 182 166 AZN), bank öhdəlikləri (17 983 843 AZN) və istiqraz öhdəlikləridir ( 4 000 000 AZN).
İstqirazların emissiyası haqqında qərar 27 yanvar 2020-ci il tarixində təşkilatın Təsisçilərinin Ümumi Yığıncağının Növbədənkənar İclasında qəbul edilib.
Emissiyanın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
BOKT “Embafinans” ASC, riteyl və mikro bzines kredit bazarında lider mövqelərdən birini tutur. Təşkilat fəaliyyətə başladığı 2012-ci ildən bəri 250 mln. AZN-dən çox kredit vermişdir ki, verilmiş kreditin cəmi 0.5% hissəsi gecikmiş kredit statusu almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl