Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycana 350 milyon dollarlıq “yaşıl layihə” təklif etmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycana 350 milyon dollarlıq “yaşıl layihə” təklif etmişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı və Gəncə şəhər İcra Hakimiyyəti şəhərdə infrastrukturun inkişafı üzrə pilot layihənin reallaşdırılmasına dair saziş imzalanıb.

 

İmzalanma Bakıda Yurgen Riqterinkin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşü zamanı baş tutub.

 

Riqterinkin sözlərinə görə, AYİB şəhər infrastrukturunun inkişafı və ətraf mühitin sağlamlaşdırılmasında Azərbaycana yardım etməyə hazırdır.

 

“Hələ ötən il Azərbaycan rəhbərliyinə 350 milyon dollar dəyərində “yaşıl layihə” təklif etdik. Qeyd etmək istərdim ki, fikrimcə, bu gün Azərbaycan rəhbərliyi ətraf mühitin yaxşılaşması və tullantıların azalmasında maraqlıdır. Biz, öz növbəmizdə hökumətə bu istiqamətdə dəstək təklif etdik, çünki bu sahədə zəruri təcrübəmiz var. Nəticədə, Gəncə şəhərində pilot layihə reallaşdırmağa razılıq verdik”, - Riqterink bildirib.

 

Onun sölzərinə görə, gələn həftə AYİB-in missiyası şəhər ilə tanışılıq və fəaliyyətin istiqamətini müəyyən etmək məqsədilə Gəncəyə səfər edəcək.

 

“Gəncə, “Yaşıl şəhər” layihəmizə qoşulan 40-cı şəhər olacaq. Proqram çərçivəsində AYİB prioritetlərin müəyyən edilməsi və ekoloji problemlərin həlli üçün tədbirlər planının tərtib olunmasında Gəncəyə yardım etməyə hazırdır. O cümlədən, bank küçələrin işıqlandırılması, şəhər nəqliyyat, su təchizatı, bərk tullantıların idarə edilməsi, mərkəzləşdirilmiş istilik təchizatı və bərpa olunan enerji infrastrukturunun modernləşdirməsini maliyyələşdirməyə hazırdır”, - Riqterink qeyd edib.

 

Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. İndiyədək AYİB Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.

 

© İnterfaks-Azərbaycan

05.03.2020 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ