Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanlılar bank kartları ilə xaricdə alış-verişi artırıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlılar bank kartları ilə xaricdə alış-verişi artırıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dövriyyədə olan bank kartları ilə bu ilin yanvar ayı ərzində 160 milyon manat həcmində əməliyyat həyata keçirilib.

 

Azərbaycan Mərkəzi Bankınının (AMB) aylıq statistikasına görə, əməliyyatların həcmi əvvəlki ay ilə müqayisədə 7% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 14% artım qeydə alınıb.

 

Yanvar ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 44 milyon manatı ATM, 54 milyon manatı POS-terminal vasitəsilə həyata keçirilən, 35 milyon manatı elektron ticarət əməliyyatlarının payına düşüb.


Beləliklə, ölkədaxili əməliyyatların həcmi 133 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 13% azalma, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,7% artım deməkdir.

 

AMB-nin məlumatına əsasən, ölkə xaricində bank kartları ilə hesabat ayında 27 milyon manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 42%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 12,5% çoxdur.

 

© APA

05.03.2020 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ