Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

 

Reklam_3_11

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 milyard 635 milyon 109 min manat), "PAŞA Bank" (3 milyard 585 milyon 524 min manat), "Kapital Bank" (3 milyard 235 milyon 996 min manat), "Xalq Bank" (1 milyard 714 milyon 934 min manat) və "Bank Respublika"dır (1  milyard 99 milyon 825 min manat).

 

Qalan 24 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 6 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

 

Azərbaycanda 9 bankın depozit portfeli azalıb
 
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 9-nun bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə az olub.

 

Bunlar "Bank Avrasiya", "Turan Bank", "Amrah Bank", "PAŞA Bank", "Azər-Türk Bank", "AGBank", "Rabitəbank", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (1,2%), ən çox azalma isə Pakistan bankında (70,5%) qeydə alınıb.

 

1 bankın - "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli demək olar ki, dəyişməyib.

 

Qalan 19 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (87,9%), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (0,4%) qeydə alınıb.

 

® "Renkinq"

06.03.2020 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ