Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakı Fond Birjasında böyük azalma davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjasında böyük azalma davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 milyard 95 milyon 765 min manat təşkil edib.Birjadan Marja-ya daxil olmuş məlumata görə, bu, 2019-cu ilin yanvar-fevral dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

 

2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 2 milyard 726 milyon 49 8 min manat olmuşdu.

 

Geriləmənin əsas səbəbi dövlət qiymətli kağızları üzrə yerləşdirmənin kəskin azalmasıdır. Eyni zamanda 2 aydır ilkin korporativ qiymətli kağızlar bazarında əməliyyat qeydə alınmır.  

 

“Nəticə olaraq, 2020-ci ilin yanvar-fevral ayları üzrə  dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174%, repo əməliyyatları üzrə isə 278% böyümə qeydə alınmışdır”,- Birjanın məlumatında deyilir. 

 

2020-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası  3 milyard 828 milyon 174 min 818 manat təşkil etmişdir.

06.03.2020 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ