Həyat sığortası şirkətləri vergi güzəştləri təklif edirlər
Azərbaycan həyat sığorta şirkətləri Mərkəzi Banka həyatın yığım sığortası üzrə vergi güzəştlərini təkrar nəzərdən keçirmək təklifi ilə müraciət ediblər. Bu barədə “Atəşgah Sığorta” şirkətinin idarə heyətinin üzvü Tahir Kazımov bəyan edib.
“Biz bütövlükdə, həyatın yığım sığortası üzrə proqnozlara müsbət baxırıq. Birincisi, məhsula maraq depozitlər üzrə faiz dərəcələrinin tədricən azalması ilə qorunur, bu da yığım sığortasını daha cəlbedici edir. İkincisi, sığorta şirkətləri bu məhsula marağın artırılması məqsədilə vergi güzəştlərinin təkrar nəzərdən keçirilməsi təklifi ilə tənzimləyiciyə müraciət ediblər”, - Kazımov məlumat verib.
Eyni zamanda, “Atəşgah Həyat” şirkətinin həyat sığortası idarəsinin rəhbəri Şəfəq Hüseynovanın qeyd etdiyi kimi, həyatın yığım sığortası üzrə haqqların artırılmasına əhalinin bu məhsula diqqətinin artımı vasitəsilə də nail olmaq mümkündür.
“Ötən ilə nəzərə yetirsək, birinci rübdə həyatın yığım sığortası üzrə haqlar yığımı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 42-43% azalıb. Lakin sonra haqların yığının azalma tempi azalaraq 35%-ə çatıb. Bu, əhalinin marağını olduğunu göstərir. Hazırda həyat sığortası üzrə bütün şirkətlərdə sığorta olunnanların ümumi sayı 15 min nəfərə yaxın təşkil edir. Bazarın potensialı var və əhalini maarifləndirmək lazımdır”, - Həsənova əlavə edib.
Azərbaycanda 4 sığorta şirkəti həyatın yığım sığortası üzrə xidmətlərin göstərilməsinə dair lisenziyaya malikdir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
35 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 51 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl