Yerli şirkətdən unikal proqram təminatı - kargüzarlığı tamamilə əvəz edir

Dekabrın 19-da “Excelsior Hotel & Spa Baku” otelində “AtaTexnologiya” şirkətinin yeni “HRM360” proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında “AtaTexnologiya” MMC layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarına “HRM360” proqram təminatının işini nümayiş etdirmiş, onları proqramın texniki və unikal imkanları ilə tanış etmişdir. Proqram “AtaTexnologiya” şirkətinin mütəxəssisləri tərəfindən insan resursları sahəsində tətbiq etmək üçün 2016-cı ildə yaradılmışdır.

 

Bildirilib ki, proqramı HR menecerlər və personalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulub. “HRM360” proqram təminatı kargüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir. Proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabatların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilik dəyişdiyi zaman proqrama da həmçinin, müvafiq dəyişikliklər edilir. Proqramda tətbiq edilən yeniliklərdən biri SMS bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, məsələn, müqavilənin, məzuniyyətin, ad gününün və s.-in xatırlatma mexanizminin olmasıdır. Yaradılmış interfeys çox rahatdır və hər səviyyəli istifadçi üçün uyğundur.

 

Proqramın rəqabət qabiliyyətliliyini işə qəbul üzrə CV modulunun olması təmin edir. Bu, namizədlərin seçilməsi işini xeyli asanlaşdırır. Vakansiya şablonları iddiaçılar tərəfindən doldurulduqdan sonra proqram tərəfindən təhlil edilir, axtarış qeyd olunan meyarlara əsasən həyata keçirilir. Seçimdən sonra müsbət nəticə əldə edilərsə, namizədin məlumatları avtomatik olaraq işçinin şəxsi kartoçkasına keçir. Bu halda həmçinin, proseslərin avtomatlaşdırılması, vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilir.

 

Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. «HRM360»-ın həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır. İndi o Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Lakin proqram təminatı işlənib hazırlanarkən, onun əsasına digər dillərdən də istifadə imkanı qoyulmuşdur. Bu, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan milli qanunvericiliyə adaptasiya etməyə imkan verir.

 

Proqram bütün mümkün fəaliyyət sahələrində istənilən kommersiya strukturunun HR üzrə qarşılıqlı əlaqəsini təmin edir. İşəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerin iş vaxtına qənaət əldə edilir. Konfransının gedişində «HRM360» -ın proqram təminatı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

19 Dekabr 2017, 17:40   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az