Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Kapital Bank” bir rübdə 31 milyon manat qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Bank” bir rübdə 31 milyon manat qazanıb

“Kapital Bank” ASC 2017-ci ilin birinci rübünü 30 milyon 792.63 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, yanvar-mart aylarında Bankın cəmi gəlirləri təxminən 103 milyon manat olub. Xərclər çıxıldıqdan sonra 44 milyon 85 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 5 milyon 689 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Bundan başqa, Bank 7 milyon 591 min manat mənfəət vergisi ödəyib. Nəticədə birinci rüb 30 milyon 792.63 min manat xalis mənfəət ilə bağlanıb.

 

“Kapital Bank” ASC 2016-cı ili 52 milyon 384,85 min manat xalis mənfəət ilə başa vurmuşdu. 

 

AKTİVLƏRİ VƏ CƏMİ KAPİTALI ARTIB

 

31 Mart 2017-ci il tarixinə “Kapital Bank” 3 milyard 132 milyon 312 min manat cəmi aktivlərə, 2 milyard 819 milyon 430 min manat cəmi öhdəliklərə, 312 milyon 883 min manat cəmi kapitala malik olub. 31 Dekabr 2016-cı il tarixinə “Kapital Bank”  3 milyard 96 milyon 690,92 min manat cəmi aktivlərə, 2 milyard 814 milyon 524,03 min manat öhdəliklərə, 282 milyon 166,89 min manat cəmi kapitala malik idi.

12.04.2017 05:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ