Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!
(®) Azərbaycan Beynəlxalq Bankı COVID-19 pandemiyası ilə bağlı elan edilmiş karantin dövründə nağdsız ödənişlərə, alış-verişlərin evdən çıxmadan onlayn qaydada aparılmasına marağın artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Bank bu məqsədlə özünün yeni “Qayğı” proqramını təqdim edib.
Proqram çərçivəsində aprelin 4-dən ayın sonuna kimi bankın əməkhaqqı və pensiya kartları ilə onlayn qaydada və ya POS terminallar vasitəsilə aparılan hər ödənişə görə müştərilər 2% kəşbək qazanacaqlar. Qazanılmış kəşbəkin 1%-i müştərinin kart hesabına qayıdacaq. Qalan 1% isə ianə şəklində Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək. Bu barədə daha ətraflı buradan öyrənmək olar.
Azərbaycan Beynəlxalq Bankı karantin rejiminin tələblərini nəzərə alaraq müştərilərə evdən çıxmadan market və apteklərdən sifarişlərini kartla onlayn qaydada həyata keçirməyi tövsiyə edir. Nağdsız ödənişlər dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmaq baxımından da əhəmiyyətlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır