Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Xalq Sığorta" maliyyə vəziyyətini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xalq Sığorta" maliyyə vəziyyətini açıqladı

"Xalq Sığorta" ASC 2019-cu ili 17 milyon 656 min manat xalis zərər ilə başa vurub.  "Xalq Sığorta"2018-ci ili 2 milyon 250 min manat xalis mənfəətlə bağlamışdı.

Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il "Xalq Sığorta"nın cəmi gəlirləri 12  milyon 435 min manat, cəmi xərcləri isə 30 milyon 91 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən şirkət zərər ilə üzləşib.

“Xalq Sığorta”nın ötən il topladığı 28 milyon 355 min manat sığorta haqlarının 18 milyon 166 min manatını ehtiyata yönəltməsi şirkətin cəmi gəlirlərinin düşməsinə və şirkətin zərər etməsinə səsəb olub.

2018-ci ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 13 milyon 98 min manat, cəmi xərcləri 10 milyon 276 min manat təşkil etmiş, Şirkət 2 milyon 822 min manat maliyyə mənfəətindən 572 min manat mənfəət vergisi ödəmişdi.

“Xalq Sığorta”  2018-ci ildə 14 milyon 491 min manat sığorta haqları toplamış, 3 milyon 811 min manat sığorta ödənişləri həyata keçirmişdi. 2019-cu ildə bu rəqəmlər müvafiq olaraq 28 milyon 355 min manat və 15 milyon 919 min manat təşkil edib.

03.04.2020 11:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ