Koronavirus aşkarlananların yeni sayı açıqlandı - AZƏRBAYCANDA
Azərbaycan Respublikasında koronavirusa yoluxanların 602-yə çatıb. Dünən açıqlanan məlumatda qeyd edilmişdi ki, son 24 saatda 63 yeni koronavirusa yoluxma faktı aşkar edilib və ölkəmizdə cəmi 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Naçxıvanda 18 nəfərdə koronavirusun aşkarlanması cəmi sayın artmasına səbəb olub.
Koronavirusa yoluxmuş 602 nəfərdən 547 nəfərinin paytaxt Bakı və digər bölgələrdə, 17 nəfərinin isə Naxçıvan Muxtar Respublikasındakı xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ümumilikdə, Bakı və bölgələr üzrə indiyə qədər 584 nəfərin, Naxçıvan Muxtar Respublikasında isə 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bakı və bölgələrdə yoluxanlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş şəxslərdən isə 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Naxçıvan Muxtar Respublikasında isə 1 nəfər sağalaraq evə buraxılıb.
Ümumilikdə, aprelin 5-dək Azərbaycan Respublikası üzrə 45 383 test aparılıb. Bakı və bölgələr üzrə 44 753, Naxçıvan Muxtar Respublikasında isə 630 test aparılıb.
Hazırda Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2 896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl