Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar
COVID-19 koronavirus infeksiyası ilə bağlı elan edilmiş karantin dövründə pensiyaçı müştərilərin sağlamlığı qayğısına qalaraq onlara daha bir imkan yaradılıb.
Azərbaycan Beynəlxalq Bankının müştəriləri də aprelin 8-dən etibarən iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və Azərpoçt-un bankomatlarında komisyonsuz nağdlaşdıra bilərlər.
Vətəndaşların öz pensiyalarını yaşadıqları ərazidə, onlara ən yaxın bankomatda ala bilməsi xüsusilə pensiyaların verildiyi günlərdə bankomatlar qarşısında növbələrin qarşısını alacaq, yaşlı insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankı öz bankomatlarının işlək səthinin gündəlik dezinfeksiya olunmasını da təmin edir.
Bank pensiyaçıları ödənişlərini mümkün qədər nağdsız aparmağa çağırır. Nağdlaşdırmanın zəruri olduğu hallarda isə bank bütün müştərilərinə karantin rejiminin tələblərinə riayət edərək bankomatlar qarşısında ən azı 2 metr məsafə saxlamağı tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
1 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl