“Mən ümidvaram ki, neftin qiymətləri uzun müddət çox aşağı qalmayacaq”

“Əmtəələr üzrə başlamış ticarət müharibələri yaxın zamanda başa çatacaq. Bunun nəticəsində dünya neft bazarları sabitləşcək və neft qiymətləri hansısa səviyyədə qərarlaşacaqdır”.

 

Marja xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov bildirib.

 

Nazir bildirib: “Neft bazarında satıcılar və alıcılar var. Hər iki tərəf həm satıcılar, həm də alıcılar istəmirlər ki, bir tərəf udduqda digər tərəf uduzsun.  Mən ümidvaram ki, neftin qiymətləri uzun müddət çox aşağı qalmayacaq.

 

Çin hökuməti hesab edir ki, ölkədə iyun ayınadək bu xəstəliyə son qoyulacaq. Digər ölkələr, o cümlədən Azərbaycanda da koronavirusa qarşı təsirli tədbirlər görülür. Koronavirus bir çox sahələrdə iqtisadi aktivliyə mənfi təsir edib. Koronavirusun qarşısı alındıqdan sonra da neftə tələb artacaq və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxaracaqdır”.

13 Mart 2020 , 09:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin