Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Koronavirus qlobal iqtisadiyyatdan 5 trilyon dollar silə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Koronavirus qlobal iqtisadiyyatdan 5 trilyon dollar silə bilər

Koronavirus pandemiyası qlobal iqtisadi artımdan gələcək iki ildə 5 trilyon dollar silə bilər. Bu həcm,Yaponiyanın ümumi daxili məhsulundan (ÜDM) daha çox bir miqdarıdır.

Koronavirus ilə əlaqədar olaraq müəssisələrin bağlanması və istehlakçıların evdə qalmalarının ardından 1930-lardan bu yana ən dərin böhran yaşanır.

Reklam_3_11

Marja xəbər verir ki, Wall Street bankları xəbərdarlıq edir. 

Qeyd edilir ki, iqtisadiyyatların ziyanları kompensasiya etmələri zaman alacaq. ÜDM-lərin, bənzəri görünməmiş pul və maliyyə təşviqlərinə baxmayaraq böhrandan əvvəlki trendinə qayıtması 2022-ci ilə qədər mümkün olmayacaq. 

On il əvvəl yaşanan qlobal maliyyə böhranından sonrakı dövrdə də belə olmuşdu. Ancaq yığışma iqtisadçıların təxmin etdiyindən daha yavaş reallaşdı.

Qlobal iqtisadiyyatın 5 trilyon dollar ətrafında zərbə alacağını gözləyən Citigroup Inc.-ın baş iqtisadçısı Catherine Mann, "Gedişat çox əhəmiyyətlidir. Əgər müsbət olsa bu şirkətlərin inamını və insanları iş tapa biləcəkləri mövzusunda dəstəkləyəcəkdir. Bu, ilin ikinci yarısına və 2021-ci ilə girərkən kritik əhəmiyyət daşıyır" deyib.

JPMorgan Chase & Co.iqtisadçıları gələn ilin sonuna qədər zərərin 5.5 trilyon dollar (Qlobal ÜDM-in 8%i) səviyyəsində təxmin edirlər. Yalnız inkişaf etmiş iqtisadiyyatlara olan zərər 2008 - 2009 və 1975 böhranlarına yaxın olacaq.

Morgan Stanley, aqressiv siyasət reaksiyasına baxmayaraq inkişaf etmiş bazarlar üçün virus əvvəli səviyyələrə dönüşün 2021-in üçüncü rübündə baş vercəyini nəzərdə tutur.

09.04.2020 11:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ