Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Çin dərmanlarını Azərbaycana Avropa məhsulu adı ilə gətirirlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin dərmanlarını Azərbaycana Avropa məhsulu adı ilə gətirirlər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər”.

Reklam_3_11

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, buna görə də bəzi hallarda həkimlərimizin təyin etdiyi dərmanlar o qədər effekt vermir:

 

“Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir”.

 

M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi məsələsi daim diqqətdə olmalıdır. Deputat təklif edib ki, Azərbaycanda 400-500 adda dərmanın qiyməti dövlət tərəfindən tənzimlənə bilər, qalanlarının qiyməti sərbəst tənzimlənsin.

 

M.Quliyev bioloji fəal maddələrin işlənmə qaydasının da hazırlanmasını vacib sayıb.

 

O bildirib ki, bioloji aktiv maddələr dərman deyil: "Tərkibində bioloji fəal maddələr olan bu vasitələrdən hədsiz, dozasız istifadə insana zərər verə bilər. Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidirlər”.

 

©Trend

12.04.2017 10:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ