Azər Türk Bank daha bir sosial layihənin iştirakçısı olub
Müntəzəm olaraq uşaq və gənclərin şəxsi inkişafının təmin edilməsi, onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq məqsədi daşıyan təşəbbüsləri dəstəkləyən Azər Türk Bank daha bir sosial layihənin iştirakçısı olub.
Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azər Türk Bank sponsorluğu ilə təşkil olunmuş “Zima” Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib.
Festivalda 6-16 yaş arası istedadlı uşaq və yeniyetmələr potensial yaradıcılıq qabiliyyətini nümaiş etdiriblər. Azər Türk Bank sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 5 nömrəli xüsusi təhsil və internat məktəbləri, həmçinin sağlamlıq imkanları məhdud lal-kar uşaqlar üçün 2 və 3 nömrəli xüsusi internat məktəblərinin valideyn himayəsindən məhrum olmuş uşaqlarının festivalın yekun konsertində tamaşaçı qismində iştirakını təmin edib.
Qeyd edək ki bu, Azər Türk Bankın korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirərək iştirakçısı olduğu çoxsaylı layihələrdən biridir.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl