Qorunmasına 20 milyon dollar xərclənib
Sosial media nəhəngi Facebook-un maliyyə hesabatlarına görə, şirkətin rəhbəti Mark Zuckerbergin təhlükəsizliyi və özəl təyyarə xərcləri keçən il 23,4 milyon dollar təşkil edib.2019-cu ildə Facebook, qurucusu və İcraçı direktoru Mark Zuckerbergin şəxsi təhlükəsizliyi və özəl təyyarə səfərləri üçün 23,4 milyon dollar xərcləyib. Marja xəbər verir ki, bu xərclər 2018-ci ildə təxminən 20 milyon dollar, 2017-ci ildə 9,1 milyon dollar idi.
23,4 milyon dollarlıq xərclərin təxminən 20,5 milyon dollarının Zuckerbergin evdə və səyahəti zamanı özəl təhlükəsizliyi, 2,9 milyon dollarının da özəl təyyarə səfərləri üçün xərcləndiyi qeyd edilib.
Zuckerberg-in illik maaşı isə 1 dollar qalmağa davam edib.
Facebook-un əməliyyat direktoru Sheryl Sandberg-in 2018-də 843 min dollar olan maaşı 2019-da 875 min dollara yüksəlib. Bu dövrdə Sandbergin aldığı dividend 18,4 milyon dollardan 19,6 milyon dollara, bonusları isə 638 min dollardan 902 min dollara yüksəlib.
Ötən il Sandbergin xüsusi qoruma xərcləri 2,9 milyon dollardan 4,4 milyon dollara, xüsusi təyyarə xərcləri 908 min dollardan 1,3 milyon dollara yüksəlib.
29 Yanvar 2020-ci ildə 224 dollara yüksələn Facebook-un səhmləri 18 Martda 137 dollara qədər gerilədikdən sonra dünən 175 dollardan bağlanıb.
Sosial media nəhəngi son dörd rübdə 30%-ə yaxın böyüyüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 d. əvvəl
-
26 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl