Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft yeni Razılaşma ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft yeni Razılaşma ilə bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft yeni həftəyə bahalaşma ilə başlayıb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 4,2% bahalaşma ilə 32,80 dollardan, ABŞ xam nefti isə 4,6% bahalaşma ilə 23.86 dollardan alıcı tapıb. 

Reklam_3_11

Neftin bahalaşmasına dünən OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənməsidir. 

İclasda “OPEC plus” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.

Həmçinin Meksikanın “OPEC plus” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə Razılaşmanın mayın 1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb.

“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən Meksikanın  hasilat kvotaları may-iyun aylarında  400 min barrel əvəzinə 100 min barrel müəyyənləşdirilib. Meksikanın öhdəliyinindigər qismini kompensasiya etmək üçün ABŞ-ınöz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə razılaşılıb. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 milyon barel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

neft Brent
13.04.2020 08:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ