Tenderdə iştirak ilə bağlı yeni tələb
Azərbaycanda tenderlərdə iştirak haqqı yalnız nağdsız ödəniləcəkDövlət Satınalmalarının Vahid Internet Portalında iştirak haqqı ödənişləri 2020-ci il 15 Aprel tarixindən etibarən “ASAN Ödəniş” sistemi vasitəsilə aparılacaqdır. Portalda profilaktik tədbirlərin həyata keçirilməsi səbəbilə 14 aprel 23.00-24.00 arasında Portalın fəaliyyətində dayanmalar ola bilər.
Marja xəbər verir ki, bu, Portalın yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, dövlət satınalmalarının vahid internet Portalı haqqında Əsasnamə”yə uyğun olaraq Portalda iştirak haqqı ödənişləri 2020-ci il 15 aprel tarixindən etibarən “ASAN ödəniş” sistemi vasitəsilə aparılacaqdır.
Malgöndərənlər və podratçılar, portalda qeyd olunan tarixdən sonra yaradılan elektron tenderlərdə iştirak etmək üçün yalnız “ASAN ödəniş” sisteminə keçid edərək nağdsız ödəniş etməklə tenderdə iştirak etmək mümkün olacaqdır.
Satınalan təşkilatlar, portalda elektron tender yaradılan zaman satınalan təşkilatlar tərəfindən “ASAN ödəniş” sistemində qeydiyyatdan keçmiş bank rekvizitlərindən istifadə ediləcəkdir. Bu məqsədlə 2020-ci il 15 aprel tarixindən etibarən "Tənzimləmələr" bölməsində olan “ASAN ödəniş” bölməsi vasitəsilə bank rekvizitlərini qeydiyyatdan keçirməyə ehtiyac var.
Qeyd olunan tarixdən sonra tenderlər yaradılarkən yalnız qeydiyyatdan keçmiş bank rekvizitlərindən istifadə ediləcəkdir.
Bank rekvizitlərinin səhv daxil edilməsi nəticəsində yaranmış hər hansı problemlə əlaqədar satınalan təşkilat məsuliyyət daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
34 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
42 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 44 d. əvvəl
- 47 d. əvvəl
-
53 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl