"Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır"
Azərbaycan fevralın sonundan etibarən Brent markalı neftin qiymətinin 32 faiz ucuzlaşmasına baxmayaraq Dolların məzənnəsini 1,7 manatda saxlamağa davam edir.
Marja-nın məlumatına görə, "Fitch” beynəlxalq reytinq agentliyi hesab edir ki, bu, Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınsa (ÜDM-in 40%-i, ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi) və xarici təzyiq azalmasa “çox bahalı və qeyri-sabitdir”.
“Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 2,9 milyard dollar, həmçinin martda 1,9 milyard dollar valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanıln 45%-ni artıq satıb.
Agentlik vurğulayır ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb (323 milyon dolar), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda 55 milyon dollar təşkil edib: “Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna 49,5 milyard dollar təşkil edir”, - məlumatda deyilir.
Həmçinin oxu
Azərbaycanın reytinqinin proqnozu "mənfi"yə düşdüMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl