Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC 104% əməl etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC 104% əməl etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC-ə daxil olan 11 neft hasil edən ölkə 2016-cı il noyabrın 30-da Vyana şəhərində qəbul etdiyi hasilatın azaldılması ilə bağlı öhdəliyə mart ayında 104% yerinə yetirib. 

 

  "Reuters" agentliyi xəbər verir ki, OPEC neft hasilatını gündəlik 1,2 mln. barel azaltmaq öhdəliyini qəbul etməsinə baxmayaraq, mart ayında hasilatı 1,25 mln. barel azaldıb. Xəbərin açıqlanması "Brent" markalı neftin qiymətinin 56 dollar/bareli ötməsinə səbəb olub. 

 

Bununla yanaşı, OPEC-in əsas üzvü olan Səudiyyə Ərəbistanı müddəti iyun ayında bitəcək Vyana anlaşmasının daha 6 ay müddətinə uzadılmasına dəstək verəcəyini açıqlayıb. Bu barədə məlumat "The Wall Street Journal"da yer alıb. Həmçinin, neft qiymətlərində bu gün müşahidə olunan artıma ABŞ-da neft ehtiyatlarının azalması amili dəstək verib.

 

Neft qiymətlərində artım tendensiyasının davam edəcəyini və qısa müddət ərzində 60 dollar/barel səviyyəsini keçəcəyi  ehtimal olunur.

 

© Report

12.04.2017 13:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ