Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank-ın xalis mənfəəti kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın xalis mənfəəti kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank 2020-ci ilin ilk rübünü 74 milyon 893 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 267 min manat və ya 57,2% çoxdur. Bank 2019-cu ilin 1-ci rübünü 47 milyon 626 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Kapital Bankın cəmi gəlirləri 154 milyon 929 min manat, cəmi xərcləri isə 71 milyon 598 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 83 milyon 331 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 10 milyon 573 min manat mənfəətə əlavə edilib. Kapital Bank 93 milyon 904 min manat mənfəətindən 19 milyon 10 min manat mənfəət vergisi ödəyib və nəticədə ilk rüb 74 milyon 893 min manat xalis mənfəət ilə bağlanıb.

GƏLİRLƏRİ XƏRCLƏRİNDƏN ÇOX ARTIB

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə Kapital Bankın cəmi gələriləri 129 milyon 334 min manat, cəmi xərcləri 62 milyon 768 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 66 milyon 566 manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 6 milyon 505 min manat məqsədli ehtiyatlara ayırmış və 12 milyon 435 min manat mənfəət vergisi ödəmişdi.

Qısası, ötən ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Kapital Bankın cəmi gəlirləri 25 milyon 595 min manat və ya 19,7%, cəmi xərcləri isə 8 milyon 830 min manat və ya 14% artıb

Kapital Bankın faiz gəlirləri 93 milyon 296 min manatdan 106 milyon 498 min manata, qeyri-faiz gəlirləri isə 36 milyon 38 min manatdan 48 milyon 431 min manta yüksəlib.

FAİZ XƏRCLƏRİ AZALIB

Müqayisə olunan dövrdə Kapital Bankın faiz xərcləri 16 milyon 433 min manatdan 12 milyon 646 min manata düşüb, qeyri-faiz xərcləri isə 46 milyon 335 min manatdan 58 milyon 952 min manata yüksəlib. 

Həm cəmi gəlirlərinin artması ilə əməliyyat mənfəətinin artması, həm də məqsədli ehtiyatdan geri qayıdan vəsait hesabına ilk rübdə Kapital Bankın xalis mənfəəti daha yüksək olub. Məqsədli ehtiyatdan vəsaitin geri qayıtması Kapital Bankda problemli kreditlərin azaldığına işarədir. 

Xatırladaq ki, Kapital Bank ASC 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəət ilə başa vurmuşdu, bu, Bankın idiyədək əldə etdiyi ən yüksək illik xalis mənfəət idi.

BANKIN BÖYÜKLÜYÜ 4,4 MİLYARD MANATI AŞIB

Ötən ilin ilk rübünün sonu müqayisədə Kapital Bankın cəmi aktivləri 828 milyon 274 min manat və ya 23,1% artaraq 31 Mart 2020-ci il tarixində 4 milyard 412 milyon 658 min manata çatıb. 2019-cu ilin 1-ci rübünün sonunda Kapital Bank 3 milyard 584 milyoh 384 min manat cəmi aktivlərə malik idi. 

KREDİTLƏR VƏ DEPOZİTLƏR ARTIB

Son 1 ildə Bankın kredit portfeli (müştərilərə verilən kreditlər) 505 milyon 687 min manat və ya 33% artaraq 2 milyard 42 milyon 72 min manata yüksəlib.

Kapital Bankda depozitlər isə 607 milyon 837 min manat və ya 22,5% artaraq 3 milyard 308 milyon 278 min manata çatıb. 

31 Mart 2020-ci il tarixində Kapital Bank 470 milyon 245 min manat məcmu kapitala malik olub.

Kapitalbank xalis mənfəət mənfəət gəlir məcmu kapital
14.04.2020 11:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ