Avstriyadan Azərbaycana göndərilən 170 000 avroluq dərman yoxa çıxıb
Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb.
Şirkətin baş direktoru Surxay Mustafayev bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.
Avstriyadan Bakıya yola salınan yükün olduğu avtomobil Ukrayna ərazisinə girdikdən sonra sürücü ilə əlaqənin itdiyini bildirən S. Mustafayevin sözlərinə görə, yükü çatdırmağa Ukrayna şirkəti məsul olub:
"Yükün çatdırılmasını “Rodnev” şirkəti üzərinə götürüb. Rəsmi müqavilə bağlamışıq. Dərman və digər tibbi ləvazimatlardan ibarət yük Avstriyadan alınıb, Ukraynaya qədər problemsiz gəlib. Ukrayna ərazisində isə sürücü Taras Revayla əlaqə kəsilib. Maşın yoxa çıxdıqdan sonra “Rodnev” şirkəti də bizimlə əlaqəni müəmmalı şəkildə kəsib. Xeyli müddət əlaqə yarada bilmədik, sonradan öyrəndik ki, yük naməlum şəkildə oğurlanıb. Ukraynanın bir sıra rəsmi qurumlarına müraciət etsək də, cavab və nəticə yoxdur”.
S. Mustafayev onu da əlavə edib ki, yükün yoxa çıxmasında “Rodnev” şirkətinin əli olduğunu ehtimal edirlər.
Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl