Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Qlobal iqtisadiyyat 2008-dəki maliyyə böhrandan daha pis şəkildə azalacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qlobal iqtisadiyyat 2008-dəki maliyyə böhrandan daha pis şəkildə azalacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (IMF, BVF) "Qlobal İqtisadi Görünüş" hesabatının Aprel ayında qlobal iqtisadiyyatın bu il virus pandemiyasının təsiri ilə 3% azalacağını nəzərdə tutub. 

Marja xəbər verir ki, daha əvvəl təşkilatın proqnozu 3.3% artım idi. 2021-ci il üçün proqnoz 3.4% artımdan 5.8%-ə yüksəldilib.

Hesabatda "Koronavirus pandemiyasının iqtisadi fəaliyyətə təsiri sərt olur. Bunun nəticəsində 2020-də qlobal iqtisadiyyatın 2008-dəki maliyyə böhrandan daha pis şəkildə, 3% kəskin azalma qeyd etməsini gözləyirik. 

Əsas ssenaridə ilin ikinci yarısında epidemiyanın təsirlərinin azalacağı fərziyyəsi və iqtisadiyyatın normallaşması ilə 2021-də qlobal iqtisadiyyat 5.8% böyüyə bilər" deyilir. 

2020-ci il üzrə inkişaf etmiş ölkə iqtisadiyyatları üçün proqnoz mənfi 6.1%-ə endirilib, ABŞ iqtisadiyyatı üzrə proqnoz 2%-dən mənfi 5.9%-ə, Avro Bölgəsi proqnozu 1.3%-dən mənfi 7.5%-ə endirilib. 

2020-ci il üzrə inkişaf etmiş ölkə iqtisadiyyatları üçün proqnoz mənfi 6.1%-ə endirilib, ABŞ iqtisadiyyatı üzrə proqnoz 2%-dən mənfi 5.9%-ə, Avro Bölgəsi proqnozu müsbət 1.3%-dən mənfi 7.5%-ə endirilib. 

Almaniya iqtisadiyyatı üzrə proqnoz mənfi 7%, Fransa üzrə mənfi 7.2%, İtalya üzrə mənfi 9.1%-dir. İngiltərə üçün 2020 proqnozu 1.4% artımdan 6.5% tənəzzülə dəyişdirilib. 

Hesabatda inkişaf edən ölkə iqtisadiyyatları üçün 2020-ci il təxmini mənfi 1%-ə salınıb, 2021 təxmini isə 6.6% artımdır. Çin iqtisadiyyatının 2020-ci il üzrə iqtisadi artım proqnozu 1.2%-ə salınıb, 2021-ci il üzrə proqnoz 9.2% artımdır. 

14.04.2020 17:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ