Azərbaycan iqtisadiyyatına dair daha bir pis proqnoz
Beynəlxalq Valyuta Fondu koronavirusun yayılması şəraitində 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 2,2% səviyyəsində azalma olacağını proqnozlaşdırır.
Marja xəbər veri ki, bu barədə Fondun dərc etdiyi "World Economic Outlook" dünya iqtisadiyyatı icmalının aprel sayında qeyd olunur.
2019-cu ilin oktyabr ayında BVF cari ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜD) 2,1% artacağını gözləyirdi.
Fondun qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycan ÜDM-in 0,7% artacaq.
BVF-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2020-ci ildə illik 3,3%, 2021-ci ildə isə 3,2% təşkil edəcək. Ötən ilin oktyabr ayında BVF 2020-ci il üçün inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırıb.
2020-ci ildə BVF Azərbaycanın tədiyə balansının kəsirini ÜDM-in 8,2% səviyyəsində proqnozlaşdırır (oktyabr proqnozu – ÜDM-in 10% həcmində profisit), 2021-ci ildə kəsir ÜDM-in 3,7%-dək azalacaq.
2020-2021-ci illərdə Azərbaycanda işsizlik səviyyəsi 5% səviyyəsində qalacaq.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl