Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Neftin qiyməti qalxmasa, itkilərimiz 1 milyard dollar ətrafında ola bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin qiyməti qalxmasa, itkilərimiz 1 milyard dollar ətrafında ola bilər"

"Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər".

Marja xəbər verir ki, bunu 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib.

Reklam_3_11

Prezident, "Onu da bilməliyik ki, OPEC və qeyri-OPEC ölkələrinin razılaşması bizim üzərimizə də öhdəliklər qoyur" deyərək çıxışına belə davam edib:

"Bildirmək istəyirəm ki, Azərbaycan həmişə OPEC+ çərçivəsində çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm ki, OPEC+ formatının ideyasını ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində mən vermişdim. Hətta bu gün OPEC-in baş katibi bunu qeyd edir. İndi artıq nəinki OPEC+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq kvotalar müəyyən edildi. Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər. Ona görə indidən öz addımlarımızı atmalıyıq, çünki onsuz da keçən il qəbul edilmiş qərarlar əsasında böyük sosial paket icra edildi".

İlham Əliyev neft
15.04.2020 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ