Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın idxalı azalıb

Azərbaycanın idxalı 500 milyon dollar yaxın azalıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın idxalı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ilin yanvar-mart dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 843 milyon 734 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min ABŞ dolları idi. Xarici ticarət əməliyyatlarının həcminin azalması əsasən idxalın azalmasından qaynaqlanır.

İDXAL ÇOX, İXRAC CÜZİ AZALIB

Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 3 ayında idxal əməliyyatları üzrə 2 milyard 636 milyon 969 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 4 milyard 206 milyon 765 min ABŞ dolları məbləğində ticarət aparılıb. Saldo müsbət 1 milyard 569 milyon 795 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 3 ayında idxalın məbləği 3 milyard 135 milyon 576 min dollar, ixracın məbləği 4 milyard 484 milyon 549 min dollar, saldo isə müsbət 1 milyard 348 milyon 972 min dollar təşkil etmişdi.

XAM NEFT SATIŞINDAN GƏLİR DƏ CÜZİ AZALIB

Azərbaycana xam neft ixracından daxilolma 3 milyard 534 milyon 348 min dollardan 3 milyard 522 milyon 698 min dollara düşüb.

ixrac idxal
15.04.2020 11:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ