Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"YUNAYTED KREDİT BANK”ın ləğvinə başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"YUNAYTED KREDİT BANK”ın ləğvinə başlandı

Qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək

 

Reklam_3_11

İctimaiyyətə məlum olduğu kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdi. Bununla bağlı Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) 2 fevral 2016-cı il tarixində “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq məktub göndərmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli qərarı ilə bank müflis elan edilmişdi.

 

Qərardan “Yunayted Kredit Bank” ASC tərəfindən apellyasiya şikayəti verildiyindən bankın ləğv edilməsi və ƏSF tərəfindən qorunan əmanətlər üzrə kompensasiya ödənişlərinə başlanması mümkün olmamışdır.

 

15 mart 2017-ci il tarixində Ali Məhkəmədə bankın şikayət ərizəsinə yekun baxış keçirilmiş və bankın müflis elan olunması və iflas prosedurlarına başlanmasına dair əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılmışdır. Beləliklə, bankın 2 fevral 2016-cı il tarixinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün maneə aradan qaldırılmışdır.

 

Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğvetmə prosesində olan “Yunayted Kredit Bank” ASC-nin dəyişməsi və ƏSF-nin ləğvedici təyin edilməsinə dair prosedurlara başlanılıb. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə MBNP tərəfindən son maliyyə hesabatlarının inventarizasiyasına başlanılıb. Habelə, ƏSF ilə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin cari ilin 14 aprel tarixinə qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq. ƏSF bu barədə ictimaiyyəti əlavə olaraq məlumatlandıracaq.

12.04.2017 18:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ