Mastercard-ın əməliyyatlarında 40% artım qeydə alınıb
Mastercard-ın Bravo Kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir.Bravo supermarketlərində Mastercard ilə ödəniş etmək indi həm etibarlı, həm də sərfəlidir. Mastercard, 2020-ci ilin əvvəlində bir illik lotereya kampaniyasına start verib.
Kampaniyanın şərtlərinə əsasən Azərbaycanda hazırlanmış Mastercard və ya Maestro kartına sahib olan və alış-veriş üçün həmin kartlarla ödəniş edən istənilən Bravo müştərisi hər ay baş tutan lotereyada işitak etmək şansı qazanır və təmassız ödənişlər zamanı həmin şans on qat artır.
Kampaniya başlayadan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb. Bu o deməkdir ki, insanlar nağd puldan yayınırlar və faydalarını gördükdən sonra daha etibarlı və təhlükəsiz ödəniş metodlarından istifadə edirlər. Lüks avtomobil uduşu üçün iyun ayının sonunda baş tutacaq ilk püşkatmaya yaxınlaşdıqca bu rəqəmlərin daha sürətlə artacağını gözləyirik.
Kampaniya, eyni zamanda kassirlərdən xalqı maarifləndirmək üçün istifadə etmək məqsədi daşıyır. Kassa aparatlarında işləyən zaman müştərilərdən ən çox kart və təmassız kart ödənişləri qəbul edən kassirlər mükafatla təltif olunurlar. Kassirlər istehlakçılara kartla və təmassız ödəniş imkanı barədə məlumat verirlər və bu da öz növbəsində istehlakçı davranışının dəyişməyə kömək edir.
“Təmassız ödənişlərin sürətli, sadə və etibarlı olduğunu hamımız bilirik. İndi bu üçlüyə başqa faydalar da əlavə etmişik. Biz, Mastercard olaraq olaraq hökumətin Azərbaycanda daha şəffaf və daha güclü iqtisadiyyat üçün nağdsız cəmiyyətin qurulmasında rəqəmsal ödənişlərin “Nağdsız Azərbaycan” layihəsi vasitəsilə artırılmasına göstərdiyi səylərini dəstəkləməkdən məmnunuq,”- deyə Mastercard ölkə ofisinin rəhbəri Ərdəm Çakar bildirib.
Kampaniya Bravonun Azərbaycandakı bütün mağazalarında keçərlidir. Uduşlar 2 ədəd lüks Lexus avtomobili və 20 ədəd ən son model iPhone mobil telefonudur. Kontaktsız ödəniş edən istehlakçılar hər tranzaksiyada 10 qat daha çox şans qazanırlar. Qaliblər və püşkatma tarixləri hər ay www.bravomastercardlottery.com veb saytında elan ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl