Rusiyanın Türkiyədəki səfirinə silahlı hücum olub, ölən və yaralananlar var
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub.
Hadisə paytaxt Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılışı mərasimində baş verib.
Şahidlərinin sözlərinə görə, səfir "Səyahətçinin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs "Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın" qışqıraraq cibindən çıxardığı silahdan bir neçə dəfə atəş açaraq onu yaralayıb. Bundan sonra havaya dəfələrlə atəş açıb və tədbir iştirakçılarının salondam çıxmasını tələb edib.
Məlumatda A.Karlovun ağır vəziyyətdə Güvən Xəstəxanasına qaldırıldığı, ölən və yaralananların olduğu, polisin cinayətkarı zərərsizləşdirdiyi bildirilir.
Türkiyə mətbuatında hadisəni törədən şəxsin fotosu yayılıb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir, araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl
- 4 saat əvvəl