Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarında dəyişiklik edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarında dəyişiklik edilib

Qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən daşıyıcılar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

 

Reklam_3_11

Nazirlər Kabineti bununla bağlı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.

 

İndiyədək daşıyıcılar sərnişinlərin daşınmasına dair təhlükəsizlik tələbləri, habelə sürücülər üçün müəyyən olunmuş istirahət və iş rejimi nəzərə alınmaqla avtobusların marşrut üzrə hərəkət cədvəllərinin daşımanın sifarişçisi ilə birlikdə tərtib edirdilər. İndi isə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılacaq.

 

Müntəzəm sərnişin daşımaları — işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımalarıdır.

 

Qeyri-müntəzəm sərnişin daşımaları — sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımaları.

13.04.2017 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ