Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Günay Sığorta”dan imkansız ailələrə yardım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”dan imkansız ailələrə yardım

 

(®️) “Günay Sığorta”, “Sağlam Ailə”, “Fil Agency” ölkəmizdə yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, koronavirus epidemiyasına görə Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən evlərində qalan 65 yaşdan yuxarı insanları, tənha ahılları, yataq xəstələrini, məcburi köçkünləri, karantin rejimində işləmədiyi üçün sosial durumu çətinləşənləri, çoxuşaqlı kasıb ailələri, ailə başçısını itirmiş qadınları əhatə edən sosial layihə həyata keçirib.

Reklam_3_11

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində yaşayan ümumilikdə 100 imkansız ailəyə, bir aylıq ərzaq yardımı təqdim edildi.

Bu təşəbbüsün əsas məqsədi pandemiyadan qorunmaları məqsədilə evdən çıxmaları qadağan edilən yaşlı insanların gündəlik ərzaq malları üçün evdən çıxmaq ehtiyacını aradan qaldırmaq, onların rifahını təmin etmək və hazırki dönəmdə #evdəqal çağırışına dəstək göstərməkdir.

Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır.

 

Günay Sığorta Sağlam Ailə Fil Agency
21.04.2020 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ