Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sadələşdirilmiş vergi məbləği üzrə 50 faizi güzəşt verilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sadələşdirilmiş vergi məbləği üzrə 50 faizi güzəşt verilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində aşağıdakı vergi güzəştləri və tətillər nəzərdə tutulur.

Marja təkliflər paketinə istinadən xəbər verir ki, sadələşdirilmiş vergi üzrə güzəştlərin verilməsi nəzərdə tutulur.

Reklam_3_11

Mikro sahibkarlara:

- Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə:

-Sadələşdirilmiş vergi məbləği üzrə 50 faizi güzəşt verilməsi nəzərdə tutulur.

Sahə üzrə vergi dərəcəsi və məbləği

Hazırda

Təklif edilir

İctimai iaşə sektoru

8 faiz

4 faiz

Sərnişindaşıma (taksi istisna) - hər oturacağa görə*

1,8 AZN

0,9 AZN

Sərnişindaşıma (taksi) - hər nəqliyyat vasitəsi üçün*

9 AZN

4,5 AZN

* Fəaliyyət ərazisindən asılı olaraq əmsallar tətbiq edilir.

 

 

sadələşdirilmiş verg vergi güzəştləri
22.04.2020 12:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ