Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb

2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Azərbaycanda qənd və şəkər tozu istehsalı 56.2% azalıb.

 

Marja Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilk 2 ayda 24,5 min ton qənd və şəkər tozu istehsal edilib.

 

2019-cu ilin yanvar-fevral aylarında ölkəmizdə 56,1 min ton qənd və şəkər tozu istehsal edilmişdi. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 dəfə artmışdı.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 2 milyon 52 min dollar dəyərində 5 min 62 ton şəkər ixrac edilib.

24 Mart 2020 , 10:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin