Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kosmosdan mesaj var: Neft -100 dolları görə bilər

Neftdə mənfi qiymətlər ola biləcəyini mart ayında təxmin edən Yaponiyanın üçüncü böyük bankı Mizuho Bankdan neft analitiki Paul Sankey, mayda Qərbi Texas neftində fyuçers qiymətinin -100 dollara (mənfi 100 dollara) düşəcəyini dilə gətirib. Peyk görüntüləri ilə hazırlanan məlumatlar, çənlərdəki neft miqdarının 3,2 milyard barelə qədər yüksəldiyini və bir neçə həftə ərzində bütün dünyada çənlərin tamamilə dolacağını göstərir. Mütəxəssislərə görə, bu vəziyyət, qiymətlərin yalnız ABŞ-da deyil, bütün dünyada sıfıra, hətta mənfiyə düşə biləcəyinə işarədir...
iç səhifə xəbər başlığı altı (mobil)_31
Kosmosdan mesaj var: Neft -100 dolları görə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Koronavirus pandemiyası qlobal iqtisadiyyata ağır zərbə endirərkən, neft bazarında tarixi günlər yaşanmaqda davam edir. ABŞ-da Qərb Texas nefti fyuçers bazarında -40 dollara qədər düşərkən, Brent neftidə də bu gün 21 ilin ən aşağı səviyyəsi olan 15 dolları gördü.

Marja Bloomberg-ə istinadən xəbər verir ki, dünyadan yüzlərlə kilometr uzaqdakı peyklər vasitəsilə əldə edilən görüntülər istifadə edilərək hesablanan dünyadakı neft çənlərinə dair doluluq məlumatları, ABŞ-da neftin qiymətinin niyə sıfırdan aşağı düşdüyünü göstərir.

Reklam_3_11

ANBARLARDA 3,2 MİLYARD BAREL NEFT VAR

Çənlərdəki həcmin 3,2 milyard barel ilə rekord səviyyəyə yüksəldiyini göstərən məlumatlar, neft qiymətlərinin yaxın dövrdə təkrar mənfi qiymətlərə düşməsinin mümkün olacağına işarə edir.

Oilx adlı araşdırma şirkətindən Florian Thaler, Mayın sonu ya da İyunun əvvəlində çənlərin tamamilə dolmasını gözlədiklərini dilə gətirib.

Mütəxəssislər, bir neçə həftə ərzində dünyada neft çənlərinin tamamilə dolacağını və dünyanın bir çox bölgəsində neft qiymətlərinin sıfıra yaxınlaşacağını, bəzi yerlərdə də mənfiyə düşəcəyini söyləyirlər.

Bəzi neft şirkətləri, qiymətlərin mənfiyə gedişinə mane olmaq üçün müqavilələrə dəyişiklik etməyə başlayıb.

Neftdə mənfi qiymətlər ola biləcəyini mart ayında təxmin edən Yaponiyanın üçüncü böyük bankı Mizuho Bankdan neft analitiki Paul Sankey, mayda Qərbi Texas neftində fyuçers qiymətinin -100 dollara düşməsinin çox böyük ehtimalla olacağını dilə gətirib.

GÜNDƏ 50 MİLYON BAREL YIĞILIR

Məlumatlar gündə 50 milyon barel neftin çənlərə yığıldığını göstərir. Bu rəqəm apreldə dünyada cəmi neft istehlakının 70%-inə bərabərdir.

Məsələn, dünyanın ən böyük neft idxalatçılarından Hindistanda neftayırma zavodlarının yığma gücü 95%-ə çatmış vəziyyətdədir. Maye yanacaq satışlarında böyük azalma olduğu üçün neftayırma zavodlarının neft tələbi də sürətlə düşür. Böyük istehsalçılardan Nigeriya, yığma sahəsi qalmadığı üçün istehsalı azaltmaq qərarı verib.

 

İstehsalçılar və neftayırma zavodlar çən kirayəyə götürmək üçün yarışdadırlar.

neftin qiyməti mənfi qiymət Koronavirus pandemiyası neft şirkətləri Yaponiya Mizuho Bank Qərbi Texas fyuçers neftayırma zavodları Maye yanacaq
22.04.2020 20:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ