"NEPTUN”dan daha bir nümunəvi addım - QANVERMƏ AKSİYASINDA İŞTİRAK ETDİ
Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada "Neptun Supermarketlər Şəbəkəsi”nin əməkdaşları da fəal iştirak edir.
"Neptun Supermarketlər Şəbəkəsi”nin əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər.
Məlumat üçün qeyd edək ki, Koronavirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar ölkədə həyata keçirilən sosial tədbirlərə dəstək məqsədi ilə "Neptun Supermarketlər Şəbəkəsi” də bir sıra innovativ layihələr reallaşdırıb, gücləndirilmiş iş rejiminə keçmişdir. Ölkədəki supermarketlər arasında yeganə onlayn alış-veriş saytı olan onlineneptun.az saytı 3 ildir fəaliyyət göstərir. Bütövlükdə, 25000-dən artıq müxtəlif növ çeşidli məhsullar onlineneptun.az proqramına inteqrasiya olunub və bütün kampaniyalar, aksiyalar, endirimlər, bonuslar, ən əsası qiymətlər onlayn sifariş zamanı eynidir və keçərlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır