İran dünyanın ən böyük alış-veriş mərkəzini xəstəxanaya çevirdi

Qlobal pandemiya adlandırılan “COVİD-19”dan ən çox zərər görən ölkələrdən biri olan İran Tehranda yerləşən dünyanın ən böyük alış-veriş mərkəzini  xəstəxanaya çevirib.

 

İran dövlət televiziyasında yer alan açıqlamaya görə, koronavirusa yoluxanların müalicəsi üçün dövlət  “İran Mall”u bir müddətlik xəstəxana kimi istifadə edəcək. 

 

Tehranın qərb hissəsində yerləşən mərkəzə 3 min çarpayı yerləşdirilib. 

 

Qeyd edək ki, İranda virusun qarşısını almaq üçün karantin müddətində iri ticarət mərkəzləri bağlanılıb. Son nəticələrə əsasən, ölkədə 27,017 nəfər virusa yoluxub, 2077 nəfər isə həyatını itirib.

 

© Qafqazinfo

 

26 Mart 2020 , 14:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin