Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ödəmə qabiliyyətini itirmiş 4 bankın nə qədər bazar payı var?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ödəmə qabiliyyətini itirmiş 4 bankın nə qədər bazar payı var?

Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Tanınmış iqtisadçı Samir Əliyev Facebook səhifəsində yazıb ki, adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər:

"Birlikdə 4 bankın bazar payı 5%-ə yaxındır. Bu bankların aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya Atabank (1,4%), ən aşağı paya Amrahbank (0,6%) malik olub. 2019-cu ildə Atabank-ı saymasaq AGBank aktivlərinin həcminə görə 15-ci yerdə olub. Atabank-da aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub.

Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) Atabank, ən az paya Amrahbank (0,79%) olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar.

Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub".

27.04.2020 14:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ