Bu şirkət qoz bağı salıb - hər ağacdan 40-50 kq məhsul gözləyir
İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində “Aspiland” MMC tərəfindən 40 hektar sahədə yeni qoz bağı salıb.
Burada əkilən tinglər Türkiyədən gətirilib. Hər hektara 312 ədəd olmaqla, ümumilikdə, 12 min 480 ədəd ting əkilib.
.
Salxım qoz adlanan bu növ bir sıra xüsusiyyətləri ilə seçilir. Belə ki, birinci ildən tinglər zəif bar verir. Lakin ağacın normal inkişafı üçün ilk 3 ildə bar zoğları qırılıb atılır. 4-5 ildə ağacın boyu 4 metrə, 15 ildə isə 7-8 metrə çatır. Salxım şəklində bar verir və hər salxımda 6-8 qoz olur. Tam məhsuldar vaxtında hər ağac 40-50 kiloqram qoz verir. Salxım qozun qabığı yumşaq olur və əl ilə asanlıqla sındırılır.
Yeni salınan qoz bağı müasir texnologiya ilə becərilir. Hazırda bütün sahədə damcı suvarma sistemi qurulur.
Briqadir Ağarəhim Nəcəfov bağların sahəsinin artırılacağını da deyib. Vurğulayıb ki, qarşıdakı payızda daha 50 hektarda yeni qoz bağı salınacaq.
Qeyd edək ki, “Aspiland” MMC-nin Kürdmaşı kəndində 53 hektar, Aşıqbayramlı kəndində isə 61 hektar olmaqla cəmi 114 hektar üzüm bağları vardır. Cəmiyyətin icraçı direktoru Şəfizadə Əjdər Rövşən oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl