Bakı Fond Birjası tarifləri ləğv etdi
Bakı Fond Birjası 01 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tarifləri ləğv edib.
Bu barədə Birjanın yaydığı məlumatda deyilir.
Qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılacaq, emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb ediləcəkdir.
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə əsasən Bakı Fond Birjası tərəfindən tədbirlər həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır