Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“TuranBank” zərərdən çıxa bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“TuranBank” zərərdən çıxa bilmir

“TuranBank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 199 min manat zərər ilə başa vurub. Bank 2016-cı ilin yekunları üzrə 1 milyon 398 min manat zərər açılamışdı.

 

“Marja” Bankın maliyyə nəticələrinə istinadən xəbər verir ki, Bankın əməliyyatları zərərli olub. TuranBank Yanvar-Mart aylarında 8 milyon 834 min manat gəliri əldə etmək üçün 9 milyon 201 min manat xərc çəkib. Nəticədə Bankın 368 min manat əməliyyat zərəri yaranıb. Üstəlik bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 831 min manat ayırdığından Bankın zərəri 1 milyon 199 min manata qalxıb.

 

31 Mart 2017-ci il tarixinə TuranBank 538 milyon 885 min manat cəmi aktivlərə, 480 milyon 365 min manat cəmi öhdəliklərə, 58 milyon 520 min manat cəmi kapitala malik olub.

13.04.2017 17:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ